“Putin irəli gedənəcən , Rusiya iqtisadiyyatı geri getəcək” – ABŞ Rusiya Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq edir

1-03-2022, 00:02           
“Putin irəli gedənəcən , Rusiya iqtisadiyyatı geri getəcək” –
TURANın Vaşinqton müxbiri xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi bazar ertəsi Rusiyanın Mərkəzi Bankı, Xarici İnvestisiya Fondu ilə əməliyyatları qadağan edib və enişdə olan Rusiya iqtisadiyyatına qarşı yeni sərt maliyyə sanksiyaları tətbiq edib.

Bayden administrasiyasının yüksək rütbəli rəsmisi jurnalistlərə deyib ki, dərhal qüvvəyə minən yeni cəzalar Rusiya Mərkəzi Bankını ABŞ dollarından məhrum edir və Vladimir Putinin əvvəlki sanksiyaların zərbəsini yumşaltmaq imkanlarını ciddi məhdudlaşdırır.

“Putin irəli gedənəcən, Rusiya iqtisadiyyatının da geriyə getməsinə əmin olacağıq”

ABŞ-ın fiziki şəxsləri və müəssisələri indi Rusiya Federasiyası Mərkəzi Bankı, Rusiya Federasiyasının Milli Sərvət Fondu və Rusiya Federasiyasının Maliyyə Nazirliyi ilə və ya onun adından hər hansı maliyyə transferi həyata keçirə bilmirlər.

Sanksiyalar həmçinin hər hansı xarici maliyyə firmasının Rusiya Mərkəzi Bankına, Maliyyə Nazirliyinə və Sərvət Fonduna ABŞ dolları göndərməsini qadağan edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru