“Ukrayna İttifaqa daxil olmalıdır, bu ölkə bizim birimizdir” – Ursula fon der Lyayen

1-03-2022, 08:14           
“Ukrayna İttifaqa daxil olmalıdır, bu ölkə bizim birimizdir” – Ursula fon der Lyayen
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Ukraynanın Avropa İttifaqının (Aİ) tərkibinə daxil olması barədə fikir səsləndirib. Bu fikiri o, «Euronews» telekanalına müsahibəsində söyləyib.

«Ukrayna Avropanın bir neçə prosesində iştirak edir, məsələn, Ukrayna bazarının vahid Aİ bazarına inteqrasiyasında. Biz, çox sıx əməkdaşlıq edirik, məsələn, energetikada, digər sahələrdə. Vaxt ötdükcə, Ukrayna Aİ-na daxil olmalıdır, bu ölkə bizim birimizdir və biz, onu Avropa ailəsində görmək istəyirik» - fon der Lyayen qeyd edib.

Fevralın 27-də Latviyanın Prezidenti Eqils Levitas bəyan edib ki, Avropa İttifaqı təcili olaraq, birliyə daxil olmaq üçün Ukraynaya namizədlik statusu verməlidir. Analoji təkliflə Polşa və Litva Prezidentləri Anjey Duda və Gitanas Nauseda çıxış ediblər.

Bu gün isə Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqına üzvlüklə bağlı rəsmi müraciət imzalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru