NATO-nun müdafiə planları aktivləşdirilib

1-03-2022, 08:42           
NATO-nun müdafiə planları aktivləşdirilib
NATO Hərbi Komitəsinin bazar ertəsi Brüsseldə fövqəladə iclasdan sonra yaydığı bəyanatda bildirilib ki, kollektiv müdafiə kontekstində ilk dəfə olaraq alyans cavab qüvvələrinin elementlərini yerləşdirir.

“NATO-nun müdafiə planları aktivləşdirilib və nəticədə ilk dəfə olaraq kollektiv müdafiə kontekstində NATO Cavab Qüvvələrinin elementləri yerləşdirilib”, - deyə məlumatda bildirilib.

NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauerin qeyd etdiyi kimi, bu qərar operativ şəkildə qəbul edilib.

“Müdafiə qalxanımız güclüdür. Bütün müttəfiqlərimizi və Alyansımızı təcavüzdən qorumağa hazırdır", - Bauer əlavə edib. ( RİA Novosti)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru