SON DƏQİQƏ! Çin müharibəni tezliklə dayandıracağı barədə Ukraynaya SÖZ VERDİ

2-03-2022, 00:03           
SON DƏQİQƏ! Çin müharibəni tezliklə dayandıracağı barədə Ukraynaya SÖZ VERDİ
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə Çinin xarici işlər naziri Van İ arasında ilə telefon danışığı olub.

Teref.az “Report”-a istinadən xəbər verir ki, məlumat Ukrayna Xarici İşlər Nazirliyinin feysbuk səhifəsində yayılıb.

Ukraynalı nazir çinli həmkarına Rusiyanın Ukraynaya qarşı silahlı “təcavüzünü inkişaf etidirməsi” barədə məlumat verib. O, Van İni Pekinlə Moskva arasındakı münasibətlərdən istifadə edərək Rusiyanı “Ukrayna xalqına qarşı silahlı təcavüzü dayandırmağa vadar etməyə” çağırıb.

Çinli nazir Ukraynanın ərazi bütövlüyü və suverenliyini təsdiqləyərək ikitərəfli münasibətlərin strateji xarakter daşıdığını qeyd edib. O, Dmitri Kulebanın əmin edib ki, Çin həm də BMT Təhlükəsizlik Şurasının üzvü olaraq Ukrayna torpağında müharibənin dayanması üçün bütün imkanlarından yararlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru