Azərbaycan Demokratiya və Rifah Partiyasının fəalları Rusiya səfirliyinin qarşısında aksiya keçiriblər

2-03-2022, 00:03           
Azərbaycan Demokratiya və Rifah Partiyasının fəalları Rusiya səfirliyinin qarşısında aksiya keçiriblər
Bu gün Azərbaycan Demokratiya və Rifah Partiyasının bir qrup fəalı Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə etiraz olaraq Rusiyanın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib.

Etirazçılar “Aqressiyaya yox!” yazılmış plakat qaldırıblar, həmçinin “Putin, rədd ol!”, “Müharibəyə etiraz edirik!”, “Rusiya ordusu Ukrayna ərazisindən çıx get!” şüarlarını səsləndiriblər.

Polis aksiya iştirakçılarını səfirliyin binasından uzaqlaşdırıb.

Bununla belə, partiya fəalı Əlövsət Sadıqlı bəyanat oxuyub. Sənəddə deyilir ki, Rusiyanın Ukraynaya təcavüzü beynəlxalq hüquq normalarının pozulmasıdır.

“Ukraynaya qarşı müharibə ədalətsizdir, çoxsaylı insan tələfatına, o cümlədədn mülki insanların, uşaq və qocaların kütləvi məhvinə səbəb olur və dayandırılmalıdır. Bu təcavüz regionda və dünyada sabitliyə təhdiddir və dünya savaşına çevrilə bilər. Müharibənin dayandırılmasını və Rusiya qoşunlarının Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən çıxmasını tələb edirik”, – bəyanatda deyilir.

Lakin Əlövsət Sadıqlı çıxışını bitirən polis aksiya iştirakçılarını saxlamağa başlayıb. Beş nəfər saxlanılıb. (Turan)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru