Yaponiya öz ərazisində ABŞ-ın nüvə silahını yerləşdirmək istəmir

2-03-2022, 08:37           
Yaponiya öz ərazisində ABŞ-ın nüvə silahını yerləşdirmək istəmir
Yaponiyanın Baş naziri Fumio Kisida fevralın 27-də parlament debatlarının gedişində ölkə ərazisində ABŞ-ın nüvə silahının yerləşdirilməsinin mümkün olmadığını söyləyib. «Bu, mümkün deyil. Bizim ölkəmiz 3 qeyri-nüvə prinsipinə əməl edir» - o, parlamentin yuxarı palatasının büdcə komissiyasının debatlarının gedişində bəyan edib.

1971-ci ildə Yaponiya parlamentində 3 prinsip qəbul olunub, amma qanun qüvvəsi daşımır. O, nüvə silahına malik olmaqdan, onu hazırlamaqdan və ölkəyə gətiməkdən imtinanı nəzərdə tutur.

Son vaxtlar Yaponiyada ekspert səviyyəsində ABŞ-ın orta mənzilli raketlərinin hərbi çəkindirmə instrumenti kimi ölkə ərazisində yerləşdirilməsinin məqsədəuyğunluğu barədə fikirlər səsləndirilir.
Bu ərəfədə, fevralın 27-də keçmiş Baş nazir Sindzo Abe televiziya verilişlərinin birində ABŞ nüvə silahının Almaniyada və İtaliyada olduğu kimi, NATO xətti ilə birgə istifadə məqsədilə ölkə ərazisində yerləşdirilmək imkanları barədə danışıb. Bu zaman eks-Baş nazir qeyd edib ki, Tokio nüvə silahının yayılmaması barədə Müqavilənin şərtlərinə ciddi şəkildə əməl edəcək.

Bu müqavilə 1968-ci ildə imzalanıb və Böyük Britaniyanın, Rusiyanın, Çinin, Fransanın və ABŞ-ın nüvə arsenalını qanuniləşdirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.