"Rusiyadan xam neftin idxalını dayandırın" - ABŞ konqresmenlərindən çağırış

3-03-2022, 12:13           
"Rusiyadan xam neftin idxalını dayandırın" - ABŞ konqresmenlərindən çağırış
ABŞ Konqresinin Demokratlar Partiyasından olan üzvləri ölkədəki neft emalı zavodlarını Rusiyadan neft idxalını dayandırmağa çağırıblar.

Böyük Britaniyanın “Financial Times” nəşri xəbər verir ki, onlar bu barədə neft alışının qadağan olunmasını dəstəkləyən ABŞ-ın Yanacaq və Neft-Kimya İstehsalı Ticarəti Assosiasiyasına məktub göndəriblər.

Məktubda bildirilib ki, 2021-ci ildə assosiasiya Rusiyadan 72 milyon barrel xam neft, habelə 100 miyon barreldən artıq Rusiya istehsalı olan neft məhsulları idxal edib: “İndi Rusiyadan alınan istənilən barrel Ukraynada müharibəni maliyyələşdirmək deməkdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru