"Rusiyaya cavabımız qlobal sistemin gələcəyini həll edəcək" - Avropa Komissiyası

26-04-2022, 00:01           
"Rusiyaya cavabımız qlobal sistemin gələcəyini həll edəcək" -
“Rusiyanın təcavüzü artıq Hind və Sakit Okean hövzəsinə öz təsirini göstərir”.

“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tviter səhifəsində yazıb.

“Rusiyaya cavabımız qlobal sistemi və iqtisadiyyatımızın gələcəyini həll edəcək. Rusiya və Çin aralarındakı dostluğun hüdudu olmadığını bəyan ediblər. Hər ikisinin tələb etdiyi yeni beynəlxalq münasibətlərdən nə gözləmək olar? Biz dinc və firavan bir Hind və Sakit okeanı istəyirik. O, azad, açıq, bir-biri ilə əlaqəli, firavan, bütün maraqlara xidmət edən qaydalara əsaslanan təhlükəsizlik arxitekturasına malik olmalıdır”, - o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru