Finlandiya və İsveçin NATO-ya üzvlük üçün müraciət tarixi açıqlandı

26-04-2022, 00:05           
Finlandiya və İsveçin NATO-ya üzvlük üçün müraciət tarixi açıqlandı
Finlandiya və İsveç mayın 16-dan 20-dək eyni vaxtda Şimali Atlantika Alyansına üzvlük üçün müraciət edəcəklər.

Bu barədə “İltalehti” qəzeti xəbər yayıb.

“Finlandiya və İsveçin NATO-ya müraciətləri 20-ci həftədə, yəni mayın 16-dan başlayan həftədə dərc edilməlidir. Həmin həftə, mayın 17-18-də Finlandiya prezidenti Sauli Niinistö Kral XVI Karlzın dəvəti ilə İsveçə səfər edəcək. Səfər çərçivəsində Finlandiya və İsveç dövlət rəhbərləri də görüşəcək və ölkələrin NATO-ya daxil olmağa hazır olduqlarını bəyan edəcəklər”, - nəşr qeyd edib.

Xatırladaq ki, Finlandiya və İsveç Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda uzunmüddətli neytrallıqlarından əl çəkərək NATO-ya üzv niyyətlərini bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru