Zelenski Ərdoğanla danışığının mövzusunu açıqlayıb

26-04-2022, 07:53           
Zelenski Ərdoğanla danışığının mövzusunu açıqlayıb
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla apardığı telefon danışığının mövzusunu açıqlayıb.

Bu barədə "Report” "Haber Global”a istinadən xəbər verir.

Zelenski türkiyəli həmkarı ilə keçirdiyi telefon danışığında mühüm məsələləri müzakirə etdiklərini vurğulayıb. "Prezident Rəcəb Tayyib Ərdoğanla mühüm danışığımız oldu. Mariupoldakı son vəziyyət, dinc əhalinin və yaralıların təxliyəsi, zərərsizləşdirilən Ukrayna ordusunun təcili yenilənməsi barədə danışdıq.

Biz Rusiya ilə danışıqlar prosesini və müdafiə sahəsində də müzakirələr apardıq. Qara dəniz limanlarını bağlayan Rusiyanın dünya ərzaq bazarına yaratdığı təhlükələri də ətraflı müzakirə etdik. Artıq bir çox ölkələrdə ərzaq qiymətlərinin artması kritik həddə çatıb. Amma bu hələ başlanğıcdır”, - Zelenski deyib.

Zelenski Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələri çatdırıb. Ukraynanın bəzi şəhərlərinə hücumların davam etdirildiyini deyən Prezident Rusiyaya qarşı daha çox sanksiyaların tətbiq edilməsini və bütün dünya ictimaiyyətindən daha çox dəstək tələb edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.