“Rusiya müharibədəki itkilərini əhalidən gilətməyə çalışır” - Britaniya kəşfiyyatı

26-04-2022, 08:05           
“Rusiya müharibədəki itkilərini əhalidən gilətməyə çalışır” - Britaniya kəşfiyyatı
Rusiyanın Müdafiə Nazirliyi Ukraynada həlak olmuşların ailələrinə ödənişlərə nəzarət etmək istəyir ki, itkilərin real miqyasını gizlətsin.

«Rusiya Federasiyası MN hesab edir ki, mülki məmurlar yox, hərbçilər həlak olanların ailələrinə kompensasiya ödənilməsinə nəzarət etməlidirlər. Bu, real itkilərin əhalidən gizlədilməsi istəyi ilə diktə olunur» - xəbərdə deyilir.

Həm də kəşfiyyatda hesab edirlər ki, Rusiya çox kiçik uğurlara çatandan sonra, zərbənin fokusunu Donbassın tam işğalına dəyişmək qərarına gəlib.

«Lazımı arxa və döyüş təminatı olmadan hiss olunacaq uğurlardan danışmaq olmaz. Rusiya qəqara gəlib ki, «Azovstal» zavoduna hücum etmək yox, onu bloklasın. Bu, Mariupolda çoxlu bölmələrin əl-qolunu bağlamağı nəzərdə tuturdu. Onların yeri dəyişdirilə bilər. Mariupolun müdafiəsi həm də bir çox Rusiya bölmələrini əldən salıb və onların döyüş qabiliyyətini aşağı düşüb» - idarədə əlavə ediblər.

Bundan əvvəl məlum olub ki, Rusiyanın apardığı qanlı tammiqaslı müharibənin başlanmasından sonra Mariupolun 20 min sakini həlak olub.

AzPolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.