ABŞ və Britaniya sülhə imkan vermir

26-04-2022, 08:37           
ABŞ və Britaniya sülhə imkan vermir
ABŞ və Böyük Britaniya sülh danışıqlarını uzatmaq üçün Ukraynaya təzyiq edir.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Nə ABŞ, nə də Böyük Britaniya Vladimir Zelenskiyə danışıqları sürətləndirməyi məsləhət görür. Onlar mövqeləri sərtləşdirməyi tövsiyə edirlər", - Lavrov bildirib.

Nazirin sözlərinə görə, Ukrayna İstanbul danışıqlarında təklif olunan tezisləri imzalamaqdan imtina edib və bu, danışıqlar prosesində böyük geri addımdır.
Teref.az-dan zəruri qeyd: Rusiya İstanbulda Krımın Rusiyanın tərkibinə daxil olmasını və Donbas, Luqansk XR-larinin müstəqilliyinin tanınmasını Ukraynaynadan tələb etmişdi.Zelenski bu tələbləri rədd edib!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.