"Deyəsən, Rusiyada partizan müharibəsi başlayıb..."- Ukrayna rəsmisi

26-04-2022, 09:19           
"Deyəsən, Rusiyada partizan müharibəsi başlayıb..."- Ukrayna rəsmisi
Rusiya şəhərlərində hərbi obyektlərin atəşə tutulması partizan müharibəsinin başlanmasından xəbər verə bilər...

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç güman edib ki, Rusiya şəhərlərində baş verən kütləvi yanğınlar partizan müharibəsinin başlanmasına sübut ola bilər.

Moderator.az xəbər verir ki, o, bu barədə "Feigin Live"-a müsahibəsində danışıb.

Arestoviç Bryanskdakı vəziyyəti şərh edərkən qeyd edib ki, son vaxtlar Rusiyada hərbi komissarlıqlara hücumlar baş verir. Onun fikrincə, bu,partizan müharibəsinin başlanmasından xəbər verə bilər.

"Rusiyada nə baş verdiyi məlum deyil. Ussuriyskdə hərbi baza yanır, komissarlıqlar yanır, hərbi universitetlər, hansısa anbarlar, qubernatorların evləri yanır. Məndə Rusiyada partizan müharibəsinin başlandığı təəssüratı yaranıb. Bu, xüsusilə, hərbi komissarlıqlara aiddir; xalq müharibəyə getmək istəmir və övladlarının qırğına göndərilməsinə mane olur”, – deyə Arestoviç vurğulayıb.

Müşavir qeyd edib ki, hərbi komissarlıqda çağırışçıların və ehtiyatda olanların şəxsi məlumatları saxlanılır...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru