ABŞ Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirir
26-04-2022, 09:37
ABŞ hakimiyyəti Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirməkdə davam edir və çox güman ki, bu istiqamətdə əlavə tədbirlər görəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki növbəti brifinq zamanı bildirib.
Onun sözlərinə görə, Amerikanın məhdudlaşdırıcı tədbirlərindən qorunacaq insanlar yoxdur.
“Biz artıq Prezident (Rusiyanın dövlət başçısı - red) Putinə, eləcə də onun qızlarına, ən yaxın adamlarına qarşı sanksiyalar tətbiq etmişik. Əlavə icmal aparmağa davam edəcəyik. Yəqin ki, başqa bir şey edəcəyik”, - o deyib.