Ukrayna ərazisindəki Donbas müsəlmanları idarəsi Rusiya MRİ-nin tabeliyinə keçdi....

26-04-2022, 08:59           
Ukrayna ərazisindəki Donbas müsəlmanları idarəsi Rusiya MRİ-nin tabeliyinə keçdi....
Qondarma "Donetsk Xalq Respublikası" müsəlmanları Rusiya Federasiyasının Müsəlman Ruhaniləri İdarəsinin(MRİ) himayəsi altında fəaliyyət göstərəcək Donbas Müsəlmanları Ruhani İdarəsini təsis ediblər.

Moderator.az xəbər verir ki, bu haqda rusdilli İslam saytları məlumat yayıb.

Bu günlərdə Şaxtyorskda 6 müsəlman icmasının (Donetsk, Makeyevka, Qorlovka, Şaxtyorsk, Snejnıy, Torez) rəhbərlərinin iştirakı ilə yeni mərkəzləşdirilmiş təşkilatın təsis qurultayı keçirilib.

Tədbirdə Rusiyanı Rusiya MRİ-nin sədrinin elm və təhsil üzrə müavini Renat İslamov və Rusiya MRİ-nin daxili işlər şöbəsinin müdiri Nail Şakirov təmsil ediblər. Qurultayda həmçinin hakimiyyət nümayəndələri, o cümlədən "DXR"-in dini işlər və millətlər üzrə departamentinin rəhbəri Sergey Qavriş, Şaxtyorsk şəhərinin meri Aleksandr Şatov və "DXR" xalq şurasının "deputat"ı Rinat Bilalov iştirak ediblər.

"De-yure Donbasın müftiliyi Rusiya MRİ-yə tabe ola bilməz, çünki söhbət başqa dövlətin müftiliyindən gedir. Bununla belə, onun fəaliyyətində əsas diqqəti Ravil Qaynutdinin rəhbərlik etdiyi müftiliyə yönəldəcəyi şübhəsizdir. Donbas müftiliyi strukturu ikihakimiyyətlilik prinsipi əsasında qurulub. Belə ki, müftiliyə Rəşid Braqin rəhbərlik edəcək, Moskva İslam İnstitutunda (Mİİ) qiyabi təhsil alan Donetsk kafedral məscidinin imamı Ruşan Tairov isə müxtəsib seçilib. Bundan əvvəl analoji qərarı qondarma "Luqansk Xalq Respublikası" ("LXR") müsəlmanları verib. Ümumilikdə "DXR" ərazisində 7, "LXR"-də isə 10 məscid var" - xəbərdə belə deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru