Moskvada “DXR” və “LXR” səfirlikləri açılacaq - Kreml təxribatlarını inkişaf etdirir

26-04-2022, 09:27           
Moskvada “DXR” və “LXR” səfirlikləri açılacaq -
Moskvada yaxın vaxtlarda “Luqansak Xalq Respublikası” və “Donetsk Xalq Respublikası” səfirlikləri açılacaq.

Teref.az APA-ya istinadla xəbər verir ki, bu barədə diplomatik mənbə “RİA Novosti“yə məlumat verib.

Məlumata görə, proses bir-iki ay ərzində baş tuta bilər.

“Çalışacağıq ki, yaxın vaxtlarda bunu edək, nə qədər tez olsa, bir o qədər yaxşıdır. Biz konkret işlə məşğuluq”, - deyə mənbə bildirib.

Qeyd edək ki, fevralın 22-dən etibarən Rusiya “Luqansk və Donetsk Xalq Respublikaları”nın müstəqilliyini tanıdıqdan sonra onlarla diplomatik əlaqələr qurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru