“Rusiya iqtisadiyyatının bərpasına 10 il vaxt tələb olunacaq” - S&P agentliyi

26-04-2022, 12:29           
“Rusiya iqtisadiyyatının bərpasına 10 il vaxt tələb olunacaq” - S&P agentliyi
“Bu il Rusiyanın ÜDM-i 11,1% düşəcək. Sanksiyalar fonunda iqtisadiyyatın ötənilki səviyyəyə çatması üçün 10 il vaxt tələb olunacaq”.

“Report” RBK-ya istinadən xəbər verir ki, bu barədə “S&P Global Market Intelligence” hesabatında deyilir.
Ətraflı

S&P-nin məlumatına görə, 2023-cü ildə Rusiya ÜDM-in azalmasını 1,9%-dək ləngidə bilər. ÜDM 2024-cü ildə 1,6%, 2026-cı il üçün isə 1,9% artacaq.

Bu il 17,8%-ə çatacaq inflyasiya, 2023-cü ildə 10%, 2024-cü ildə 7,5%, 2026-cı il üçün isə 4,6%-dək azalacaq.

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına əsasən, bu ilin yekunlarına görə, Rusiyanın ÜDM-i 8,5%, 2023-cü ildə isə 2,3% azalacaq. BVF-nin qiymətləndirməsinə görə, bu il Rusiyada inflyasiya 21,3%, növbəti il isə 14,3% təşkil edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru