Ukraynanın Hersonu geri qaytarmaqdan başqa alternativi yoxdur

26-04-2022, 12:33           
Ukraynanın Hersonu geri qaytarmaqdan başqa alternativi yoxdur
Rusiya işğal etdiyi Ukraynanın Herson bölgəsində "referendum" keçirmək istəyir. Doğrudur, rusiyalı rəsmilər hələ ki, bu xəbəri təsdiq etmirlər. Ancaq bu heç nəyi dəyişmir. Ona qalsa Rusiya rəsmiləri işğalçı müharibədən bir neçə gün əvvəl yalandan açıqlama verirdilər ki, “Ukraynaya hücum etmək kimi planları yoxdur”.
Teref.az yazır ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Daha sonra politoloq deyir:
Herson Rusiya üçün vacib bölgədir. Krımın 85 faiz su ehtiyatı Hersondan keçən kanal vasitəsilə təmin olunur. Krım 2014-cü ildə ilhaq olunanda Kiyev kanaldan yarımadaya suyun verilməsini kəsdi. Rusiya Hersonu işğal etdikdən sonra kanaldan Krıma su çatdırılmasını təmin edib. Digər tərəfdən rusiyalı hərbçilər Hersonun bütün administrasiya binalarında Ukrayna bayraqlarını yığışdıraraq Rusiya bayraqlarını sancıblar. Bütün bunlar varkən Rusiya Hersondan çıxarmı?
Rusiya saxta referendum yolu ilə Donetsk və Luqanska bənzər “Herson Xalq Respublikası” təsis edərsə Kiyevin Moskva ilə danışıqların əhəmiyyəti qalmayacaq. Hersonda işğala etiraz edənlərlə yanaşı satqınlar da var.
Həmin satqınlar işğalçılarla əməkdaşlıq edir, onların əmrlərini yerinə yetirirlər. Ancaq həmin satqınlar qorxu içində belə bir sualı da gündəmə gətirirlər: “Rusiya Hersonu tərk edərsə bizi kim qoruyacaq?”. Satqınlar vətənə xəyanət maddəsi ilə cəzalandırılacaqlarını istisna etmirlər. Ukraynanın Hersonu geri qaytarmaqdan başqa alternativi yoxdur.
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.