Rusiya qonşusu olan iki dövləti hədələdı: “Nəticəsi yaxşı olmayacaq...”

27-04-2022, 08:25           
Rusiya qonşusu olan iki dövləti hədələdı:
Rusiyanın qərbində 1340 kilometr quru sərhədi olan Finlandiya ilə digər bitərəf qonşusu İsveçin NATO-ya qoşulmaq üçün eyni anda qərar verəcəkləri gözlənilir.

Finlandiyanın “İltalehti” qəzeti yazıb ki, baş nazirlər Sanna Marin və Maqdalena Andersson mayın 16-da görüşəcək və alyansa üzvlük üçün müraciəti açıqlayacaqlar. Finlandiyanın xarici işlər naziri Pekka Haavisto yayılan məlumatları şərh etməkdən imtina edib, lakin iki ölkənin oxşar seçimlər etməli olduğunu deyib.

İsveçin “Aftonbladet” qəzeti də Stokholm və Helsinki administrasiyalarının NATO qərarını eyni vaxtda elan edəcəyini yazıb.

Herbiand.az-ın məlumatına görə, qəzetə danışan mənbələr bildiriblər ki, ABŞ və İngiltərə İsveçə Rusiya təhlükəsinə qarşı hərbi və siyasi dəstəyi artıracaqlarına söz veriblər.

Rusiya isə İsveç və Finlandiyanın NATO-ya qoşulacağı təqdirdə Baltik regionunda nüvə silahı yerləşdirəcəklərini açıqlayıb. Moskva əvvəlki açıqlamalarında da “texniki hərbi” tədbirlərin görülməsindən danışıb və iki ölkənin NATO-ya üzvlüyünün nəticələrinin yaxşı olmayacağını qeyd edib.

Xatırladaq ki, aprelin 13-də Rusiya ordusunun Finlandiya sərhədinə raket sistemləri daşımasının videoları yayılıb. Video çəkilişdə Helsinki işarəsi də aydın görünür. Həmin gün İsveçə səfər edən Finlandiyanın baş naziri Sanna Marin NATO-ya üzvlüklə bağlı qərarın bir neçə həftə ərzində veriləcəyini bildirib. /demokrat.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru