Almaniya Ukraynaya tanklar verəcək

27-04-2022, 12:03           
Almaniya Ukraynaya tanklar verəcək
Almaniya federal hökuməti Ukraynaya tankların tədarükünə icazə verməyi planlaşdırır. “Süddeutsche Zeitung” Almaniya hökumətinin zirehli döyüş maşınları tədarük etməyə hazır olması barədə məlumat verib.

Söhbət Bundesverin artıq hesabdan sildiyi “Cheetah” tipli 50-yə yaxın özüyeriyən zenit qurğusundan (ÖZQ) gedir. Tədarük presesləri ilə artıq bunun üçün müvafiq icazə almış silah istehsalı şirkəti “Krauss-Maffei Wegmann” məşğul olacaq. Almaniyanın müdafiə naziri Kristina Lambrextin “Ramştayn” hərbi bazasına səfəri zamanı tədarüklər barədə açıqlama verməsi planlaşdırılır.

Mənbə: Lenta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.