"Rusiyanın bu addımı müttəfiqləri parçalamaq cəhdidir, Qərb buna boyun əyməyəcək"

27-04-2022, 09:25           
"Rusiyanın bu addımı müttəfiqləri parçalamaq cəhdidir, Qərb buna boyun əyməyəcək"
"Rusiyanın bu addımı müttəfiqləri parçalamaq cəhdidir, Qərb buna boyun əyməyəcək"

Moskva "dost olmayan ölkələr"ə alınan qazın imzalanan müqavilələrə zidd olaraq rublla ödəniş etməyi tələb edib

Rusiya Polşaya təbii qazın verilməsini dayandırır.

Moderator.az xəbər verir ki, bu barədə "Onet" nəşri ilk olaraq məlumat yayıb.

Bu məlumat hökumət nümayəndələri və PGNiG dövlət neft və qaz şirkəti tərəfindən təsdiqlənib.

Məlumatda deyilir ki, söhbət yanacağın "Yamal- Avropa" qaz kəməri ilə nəqlindən gedir.

Yaranmış problemlə əlaqədar olaraq Polşa hökuməti xüsusi böhran qrupu yaradıb. Qaz nəqlinin dayandırılması səbəbləri açıqlanmayıb. Lakin sonradan Rusiyanın "Qazprom" şirkəti tərəfindən ödənişin rubbla edilməsi tələbi ilə xəbərdarlıq daxil olub.

Qeyd edək ki, martın sonlarında Putin "dost olmayan ölkələrdən "Qazprom"un xarici müştərilərinin Rusiya qazı üçün ödənişləri yalnız rubbla etmək barədə fərman imzalayıb.

Avropa İttifaqının əksər ölkələri, o cümlədən Polşa və Almaniya Kremlin bu tələblərini rədd edib və onları "bağlanmış müqavilələrin şərtlərinə zidd" adlandırıb.

Aprelin 26- da Polşanın PGNiG neft və qaz şirkəti öz saytında Rusiyanın "Qazprom" şirkətinin aprelin 27- dən "Yamal müqaviləsi" üzrə tədarükünün dayandırılması barədə məktubunu dərc edib.

PGNiG qeyd edib ki, vəziyyət daimi olaraq izlənilir.

Polşa tərəfi bu qərarı müqavilənin pozulması kimi dəyərləndirib və bəyan edib ki, Rusiya şirkətinə qarşı iddia qaldıracaq. PGNiG- nin Rusiya tədarümçüləri ilə müqaviləsinin müddəti 2022- ci ilin sonunda bitir. Fevralın əvvəlində Varşava elan edib ki, Rusiyadan qaz tədarükü barədə yeni sövdələşmə imzalamaq niyyətində deyil.

Rusiya qazının alınması üzrə müqavilələr rublla ödənişdən imtina ediləcəyi təqdirdə dayandırılacaq, Rusiya prezidenti bəyan edib.

Qeyd edək ki, bu fərman dərc ediləndən sonra qazın qiyməti hər 1000 kub metri üçün 1450 dollaradək artıb.

Fransa və Almaniya Putinin tələbini şantaj adlandırıb.

Fransanın maliyyə naziri Brüno Le Mer bəyan edib ki, avro ilə imzalanan müqavilə avro ilə də ödənilməlidir.

Onun sözlərinə görə, Paris və Berlin Rusiya qazının dayandırılacağı təqdirdə birgə plan hazırlayıb.

Almaniyanın iqtisadiyyat naziri Robert Habek Rusiyanın bu qərarını müttəfiqləri parçalamaq cəhdi kimi qiymətləndirib. O, Qərb dövlətlərinin Rusiyanın şantajına boyun əyməyəcəyini bəyan edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.