BMT veto hüququndan istifadə qaydasını dəyişib

27-04-2022, 09:45           
BMT veto hüququndan istifadə qaydasını dəyişib
BMT Baş Assambleyası Təhlükəsizlik Şurasının 5 üzvünün veto hüququndan istifadəni əsaslandırmasını tələb edən edən qətnamə qəbul edib.

Teref.Az APA-ya istinadən bildirir ki, Lixtenşteynin təklif etdiyi layihə TŞ-nin veto hüququna malik 5 üzvünə - ABŞ, Rusiya, Çin, Birləşmiş Krallıq və Fransaya şamil edilir.

BMT-nin baş katibi Antonio Quterreş də Rusiyaya səfəri zamanı məsələyə münasibət bildirib. Baş katib bildirib ki, veto hüququndan yerində istifadənin tərəfdarıdır: "Veto hüququ həddən artıq çox istifadə edilib. Bir çox hallarda isə ondan istifadə vacib əhəmiyyət kəsb etməyib".
Veto hüququndan istifadəni məhdudlaşdıran layihəni 2 il əvvəl Lixtenşteyn təklif edib.

Statistikaya görə indiyədək veto hüququndan indiyədək ən çox Rusiya istifadə edib (143 dəfə). Növbəti yerlərdə ABŞ (86), Birləşmiş Krallıq (30), Çin və Fransa (hər biri 18 dəfə) gəlir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru