Türkiyədən sonra Xorvatiya da İsveç və Finlandiyanın NATO üzvlüyünə qarşı çıxdı
27-04-2022, 12:42
Ukrayna müharibəsindən sonra Finlandiya və İsveçin NATO-ya üzvlüyü məsələsi gündəmdən düşmür.
Xorvatiya Finlandiya və İsveçin NATO müttəfiqi olmasına icazə verməyəcəyini bəyan edib.
Bundan əvvəl Türkiyə İsveç və Finlandiyanı NATO-da görmək istəmədiyini bildirmişdi. Türkiyədən sonra Xorvatiya da iki ölkənin üzvlüyünə qarşı çıxıb.
Xorvatiya prezidenti Zoran Milanoviç ABŞ, Böyük Britaniya və Almaniyanın Finlandiya və İsveçin NATO-ya qəbulu ilə bağlı mövqeyini kəskin tənqid edib və bəyan edib ki, bu ölkələrin məqsədi hərbi blok yaratmaq deyil, münaqişəni qızışdırmaqdır.
Rusiya Xarici İşlər Nazirliyinin işğalın ilk günlərində Finlandiya və İsveçin NATO-ya daxil olmasının ağır hərbi nəticələrə gətirib çıxaracağı barədə açıq xəbərdarlığı bu ölkələrdə şok dalğası yaratmışdı.