Ermənistanda hakimiyyət və kilsə arasında parçalanma dərinləşir

27-04-2022, 10:46           
Ermənistanda hakimiyyət və kilsə arasında parçalanma dərinləşir
Aprelin 24-də Ermənistanda ali rəhbərlik və ruhanilər ayrı-ayrılıqda “Tsitsernakaberd”i ziyarət ediblər.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Qeyd olunub ki, bu birinci hal deyil, keçən il də bütün ermənilərin katolikosu II Qaregin və Baş nazir Nikol Paşinyan öz kabineti ilə müxtəlif vaxtlarda “Tsitsernakaberd”ə qalxıblar.

“44 günlük müharibədən sonra təkcə Tsitsernakaberddə yox, həm də Yerablurda və ya başqa yerlərdə təşkil edilən dövlət tədbirləri zamanı keçmiş hakimiyyət təcriddədir, tədbirlər ruhani sinifi və Ermənistanın keçmiş prezidentləri olmadan təşkil edilir”, - deyə nəşr bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru