Moskva BMT və Türkiyənin xahişini qulaqardına vurdu...

27-04-2022, 11:24           
Moskva BMT və Türkiyənin xahişini qulaqardına vurdu...
BMT baş katibi Antonio Quterreşin Moskvada Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşü nəticəsiz qaldı.
BMT baş katibinin Kremldən iki xahişi var idi: Rusiya Ukraynada işğalçı müharibəni dayandırsın və Mariupoldan mülki insanların çıxarılmasına şərait yaradılsın. Kreml Antonio Quterreşin hər iki xahişini rədd etdi.
Teref.az yazır ki, bunu politoloq Elxan Şahinoğlu yazır. Daha sonra politoloq yazır;
BMT baş katibi Moskvadan əvvəl Ankarada Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanla görüşüb Rusiya-Ukrayna müharibəsinin dayandırılmasıyla bağlı fikir mübadiləsi aparmışdı.
Bu faktın özü BMT-nin Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçilliyinə verdiyi müsbət qiymətə dəlalət edir. Buna baxmayaraq, Kreml Ankaranın təşəbbüslərini qulaqardına vurmaqda davam edir.
Misal üçün Türkiyə rəsmiləri həftələrdir Kremlə təklif edirlər ki, Türkiyənin mülki gəmiləri Mariupol sakinlərini liman üzərindən təhlükəsiz yerə daşısın. Cavab yoxdur.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.