Almaniya Rusiya neftindən asılılıqdan qurtarır...

28-04-2022, 00:03           
Almaniya Rusiya neftindən asılılıqdan qurtarır...
Almaniya yaxın günlərdə Rusiyadan neft idxalını dayandıra bilər. ABŞ-ın “Nyu-York Tayms” qəzeti bu barədə xəbər verir ki, Almaniyanın iqtisadiyyat naziri və vitse-kansleri Robert Habek aprelin 26-sı Polşaya səfəri zamanı belə deyib.

Kreml Ukraynada yeni müharibəyə başlayanadək Almaniya neftin 35%-ni Rusiyadan idxal edib.

Müharibə başlanandan bəri Rusiya neftindən imtinaya çalışan Almaniya hökuməti alternativ kömür, neft və təbii qaz mənbələri axtarır.

Təxminən iki ay ərzində Almaniya öz neft tədarükündə Rusiyanın payını 35%-dən 12%-ə endirə bilib.

ABŞ-ın “Associated Press” agentliyi xəbər verir ki, Robert Habek Polşadakı açıqlamasında Almaniyanın Rusiya qazından asılılığının da sona yetəcəyi günün uzaqda olmadığını vurğulayıb.

Nazir əlavə edib ki, Almaniya Rusiyadan neft-qaz idxalına embarqo qoymaq iqtidarındadır: “Cəmi bir neçə həftə əvvəl Almaniya üçün böyük problem kimi görünən enerji məsələləri indi həllini tapmaqdadır. Rusiya neftindən asılılığın bitəcəyi günə az qalıb”.

2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 21-də bu ölkəyə qarşı yeni təcavüzə başlayıb, fevralın 24-dən isə orada total hərbi əməliyyatlar aparır. Buna cavab olaraq Rusiyaya beynəlxalq miqyasda sərt sanksiyalar tətbiq olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.