Rusiyanın yalanı üzə çıxdı – VİDEO

28-04-2022, 00:10           
Rusiyanın yalanı üzə çıxdı – VİDEO
Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində uzun müddət blokadada qalması və artilleriya hücumları nəticəsində kütləvi insan qırğının baş verməsi ilə dünya gündəmini zəbt edən Donetsk vilayətinin Mariupol şəhəri ilə bağlı yeni açıqlama yayılıb.

Donetsk vilayəti Hərbi Adminstrasiyasının rəhbəri Povel Krilenko Baku TV-nin Şərqi Avropa bürosuna açıqlamasında Rusiya Müdafiə Naziri Sergey Şoyqunun Mariupolu ələ keçirmələri ilə bağlı dediklərini təkzib edərək bildirib ki, şəhər düşmənə təslim edilməyib.
Ətraflı

“Mariupol şəhəri bu il martın 1-dən tam blokadadadır. Buna baxmayaraq, şəhər Ukrayna silahlı qüvvələrinin nəzarətindədir. Mariupol Ukraynadır. Şəhərdə küçə döyüşləri gedir. Düşmənin nə deməsindən, necə saxta məlumat yaymasından asılı olmayaraq, Mariupol şəhəri düşmənə təslim edilməyib”, – deyə o qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru