Rəsmi Moskva Yaponiya səfirliyinin əməkdaşlarını “persona non qrata” elan edib

28-04-2022, 08:34           
Rəsmi Moskva Yaponiya səfirliyinin əməkdaşlarını “persona non qrata” elan edib
Rəsmi Moskva rusiyalı diplomatların qovulmasına cavab olaraq Yaponiya səfirliyinin səkkiz diplomatik əməkdaşını “persona non qrata” elan edib və onlara mayın 10-dək Rusiyanı tərk etmək göstərişi verilib.

Bu barədə Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat dərc olunub.

“Rusiya tərəfi 8 yapon diplomatik işçisinin mayın 10-dək ölkəmizi tərk etməsini tələb edib. Hadisələrin bu cür inkişafı üçün tam məsuliyyət yalnız Rusiya ilə dostluq, konstruktiv münasibətlərdən imtina etmək lehinə seçim edən Yaponiya hökumətinin üzərinə düşür” – deyə mesajda qeyd edilir.

Aprelin 8-də bildirilmişdi ki, Yaponiya hakimiyyəti səkkiz rus diplomatını “persona non qrata” elan edib. Tokionun qərarı həmçinin Rusiya səfirliyinin və Tokiodakı ticarət missiyasının əməkdaşlarına da aid olub.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru