Rusiya Britaniya hakimiyyətinin addımına cavab verdi

28-04-2022, 09:48           
Rusiya Britaniya hakimiyyətinin addımına cavab verdi
Rusiya Britaniya Parlamentinin İcmalar Palatasının 287 üzvünə qarşı şəxsi sanksiyalar tətbiq edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Məhdudiyyətlər Rusiya Federasiyası Dövlət Dumasının 386 deputatına qarşı sanksiya tətbiq edən Britaniya hakimiyyətinin addımına cavab olub.

“Hazırda Rusiya Federasiyasına girişi qadağan olunmuş həmin şəxslər Londonda anti-Rusiya sanksiya alətlərinin yaradılmasında olduqca fəal iştirak ediblər”, - deyə XİN-in bəyanatında deyilir.

Departamentin məlumatına görə, sanksiyalara məruz qalan bir neçə yüz parlamentari hazırda “Böyük Britaniyada rusofob isteriyasının əsassız şəkildə qızışdırılmasına töhfə verirlər”.

Bundan əlavə, Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiyanın “stop siyahısı”nda olan Britaniya siyasətçiləri Moskva və London arasında ikitərəfli dialoqu məhv edirlər.

“Londonun anti-Rusiya sanksiyalarının ardıcıl şəkildə gücləndirilməsinə dair “stavka”sını nəzərə alaraq cavab tədbirləri, o cümlədən Rusiyanın stop-listinin genişləndirilməsi üzərində işlər davam etdiriləcək”, - deyə bəyanatda qeyd olunur.

Aprelin 26-da məlum olub ki, Rusiyadan olan 200-ə yaxın fiziki və hüquqi şəxs Britaniyanın sanksiyaları altına düşüb. Məhdudiyyətlər əsasən Rusiya Federasiyası Federal Məclisinin üzvlərinə - həm Dövlət Dumasının deputatları, həm də Federasiya Şurasının senatorlarına şamil edilib.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru