Ukraynada bu şəxslər cəzalandırılacaq - Rus diplomat

28-04-2022, 08:43           
Ukraynada bu şəxslər cəzalandırılacaq - Rus diplomat
Kiyev rejiminə sadiq olmayan ukraynalılara işgəncə verənlər və öldürənlər cəzalandırılacaq. Ukraynanın denasifikasiyası başa çatdırılacaq.

Axar.az xəbər verir ki, bu sözləri BMT TŞ-nin qeyri-formal iclasında Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin hüquq şöbəsinin rəhbəri Sergey Leonidçenko deyib.

O iddia edib ki, belə aktlar Mariupolda da keçirilib və Mariupol hava limanında Ukrayna Təhlükəsizlik Xidmətinin gizli işgəncə mərkəzinin olması ilə bağlı çoxlu faktiki sübutlar və şahid ifadələri var.

Sergey Leonidçenko bildirib ki, “kitabxana” adlanan bu yer “Azov” alayının 2014-cü ildə Mariupolu “tutmasından” sonra yaradılıb.

O, bu cinayətkarların cəzalanacağını da vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru