Fransa Maliyyə Nazirliyi rusiyalı iş adamlarının mülklərinə həbs qoyub

28-04-2022, 09:50           
Fransa Maliyyə Nazirliyi rusiyalı iş adamlarının mülklərinə həbs qoyub
Fransa Maliyyə Nazirliyi rusiyalı iş adamlarının mülklərinə həbs qoyub.

"Report" xəbər verir ki, bu barədə “Nitsa-Matin” nəşri məlumat yayıb.

Belə ki, ölkənin cənubunda Kot d'Azurda Rusiyadan olan iş adamlarına məxsus olduğu iddia edilən üç mülkə həbs qoyulub. Mülklər Oleq Deripaska, Kirill Şamalov və Musa Bajayevə məxsusdur. Versal parkının surəti olan "Trianon" əmlakının "Rus Platinum"un direktorlar şurasının sədri Bajayevin olduğu deyilir.

O cümlədən, Sen-Trope yaxınlığındakı “Herkules” villası müsadirə edilib.

Bu ilin fevralında Rusiyaya qarşı sanksiya siyasəti başlayandan Fransa 4 yaxta, 6 helikopter və 30-a yaxın lüks mülkə həbs qoyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru