ABŞ-da əcnəbilərin müsadirə olunmuş aktivləri Kiyevə veriləcək

28-04-2022, 10:45           
ABŞ-da əcnəbilərin müsadirə olunmuş aktivləri Kiyevə veriləcək
ABŞ Konqresinin Nümayəndələr Palatası əcnəbilərin müsadirə olunmuş aktivlərinin Ukraynaya yardım üçün göndərilməsinə icazə verən qanunu qəbul edib.

Teref.Az APA-ya istinadən xəbər verir ki, sənədə əsasən, Rusiya hökumətinin dəstəyi ilə yaxud da qeyri-qanuni yollarla əldə olunan vəsaitlər müsadirə olunacaq.

Müsadirə edilən aktivlər Ukraynanın bərpası və vətəndaşlara humanitar yardımın göstərilməsi üçün istifadə oluna bilər.

Aprelin ortalarında ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, ABŞ hökuməti ələ keçirilən aktivləri rusiyalı iş adamlarına qaytarmayacaq.

Daha əvvəl bildirilmişdir ki, ABŞ Rusiya Federasiyası Mərkəzi Bankının dondurulmuş aktivlərinin Ukraynaya yardım üçün köçürülməsi imkanlarını öyrənir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru