Rusiyaya məxsus neft tankeri Ukraynada saxlanıldı

28-04-2022, 16:56           
Rusiyaya məxsus neft tankeri Ukraynada saxlanıldı
Ukraynanın Odessa vilayətinin Çernomorsk limanında Rusiyaya aid "Volqoneft-268" neft tankeri saxlanılıb.

"Unikal" xəbər verir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, İliçevsk gəmi təmiri zavodunda olan "Volqoneft-268" neft tankeri sonradan müsadirə olunmaq üçün saxlanılıb.

Martın 10-da Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya və onun sakinlərinin ölkədəki əmlakını ələ keçirməyə başlaya biləcəyi qanunu imzalayıb. Sənəd rusların bütün mülkiyyət obyektlərinə şamil edilir.

Daha sonra Ukraynanın "Antonov" dövlət müəssisəsinin sifarişi ilə Rusiyanın 12 "Ruslan" nəqliyyat təyyarəsi Ukraynada həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru