"UKRAYNADA MÜHARİBƏNİN DÖNÜŞ NÖQTƏSİ MAYDA OLACAQ" - "The Guardian"

28-04-2022, 21:11           
"UKRAYNADA MÜHARİBƏNİN DÖNÜŞ NÖQTƏSİ MAYDA OLACAQ" - "The Guardian"
"Ukraynada müharibənin dönüş anı mayda olacaq".

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə “The Guraian”ın məqaləsində bildirilib.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələri hazırda irimiqyaslı əks-hücuma keçmək qabiliyyətinə malik deyil: “Ukraynada müharibənin dönüşü gələn ay (may ayını nəzərdə tutur - “Report”) Qərb silahlarının sonuncu dalğası ölkəyə gəldikdən, o cümlədən ABŞ haubitsaları ilə Almaniya və Böyük Britaniyanın zenit qurğuları alındıqdan sonra baş verəcək” .

Qeyd edək ki, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç Qərbdən güclü silahlar alacaqlarını və bundan sonra ölkə ərazisini azad etmək üçün aktiv hücum əməliyyatlarına başlayacaqlarını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru