Qarabağdakı separatçı rejim "Dnestryanı" separatçılarıyla növbəti əlaqə qurdu...

29-04-2022, 10:43           
Qarabağdakı separatçı rejim "Dnestryanı" separatçılarıyla növbəti əlaqə qurdu...
Putin Dnestryanı rejimindən Ukraynaya qarşı müharibədə istifadə etməyə hazırlaşır...
Aprelin 28-də Azərbaycan Respublikasının Qarabağ torpaqlarında müvəqqəti(!) yerləşmiş Rusiya "sülhməramlı" hərbi kontingentinin himayəsində bəslənən separatçı-terrorçu rejimin qondarma "xarici işlər naziri" David Babayan Moldova Respublikası ərazisində Moskvanın dəstəyi ilə qondarılmış Dnestryanı "Moldova respublikası"nın("DMR") qanunsuz "xarici işlər naziri" Vitali İqnatiyevlə video-rabitə rejimində danışıqlar aparıb.

Moderator.az xəbər verir ki, bu haqda Ermənistanın NEWS.am saytı məlumat yayıb.

Babayan bir gün əvvəl "DMR"-nin bir sıra "dövlət"strukturlarına qarşı törədilmiş "terror aktları"nı pisləyib və "Artsax" "hakimiyyəti" və "xalqı" adından Dnestryanı "xalqı" ilə həmrəyliyini bildirib.

Danışıqlar zamanı "regional və qlobal geosiyasi proseslərlə bağlı məsələlər, eləcə də iki "ölkə"nin "xarici işlər nazirlikləri" arasında əlaqələr müzakirə edilib.

Xatırladaq ki, aprelin 27-də Dnestryanıdakı rus qoşunlarının partlayış və mərmilərlə bağlı insidentlərdən sonra döyüş hazırlığı vəziyyətinə gətirildiyi bildirilmişdi. Rəsmi Kiyev hesab edir ki, Moskva bu cür təxribatlarla həmin regiondan Ukraynaya qarşı müharibədə istifadə etmək istəyir.

Aprelin 28-də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin yaydığı məlumata görə, Moldovanın Dnestryanı bölgəsində hərbi təlimlər başlayıb. Bildirilib ki, yaşı 55-ə qədər olan kişilərə bu barədə məktub göndərilib. Çağırışçılara hər birinə 2800 rubl vəd verilib. Kəşfiyyat məlumatında çağırışın məcburi xarakter daşıdığı vurğulanıb...

Sultan Laçın












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.