Rusiya daha bir ölkədə yeni cəbhə açır - “Ordu döyüşə hazırdır”

30-04-2022, 08:18           
Rusiya daha bir ölkədə yeni cəbhə açır -
Rus qüvvələrinin sərhəd yaxınlığında Çerniqov və Sumı vilayətləri istiqamətində hücumu bərpa etmək üçün qruplaşması hələlik müşahidə edilmir.

Teref.az xəbər verir ki, bunu Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Andrey Demçenko dövlət sərhədindəki vəziyyətlə bağlı keçirdiyi brifinqdə deyib.

“Rusiya ilə sərhəd bölgəsində rus texnikalarının müəyyən hərəkətləri müşahidə olunur. Bununla belə, düşmənin hücumu bərpa etmək üçün yenidən qruplaşdığını qeydə almamışıq”, – Demçenko bildirib.

O həmçinin qeyd edib ki, Moldova ilə sərhəddə, xüsusən Dnestryanı istiqamətində vəziyyət gərgin olaraq qalır:

“İstisna olunmur ki, Belarus ərazisi kimi, düşmən bu istiqamətdən də vəziyyəti daha da gərginləşdirmək üçün istifadə etsin. Bununla belə, qeyd edirəm ki, həm Belarusla sərhəddə, həm də Dnestryanı istiqamətində Ukrayna müdafiə qüvvələri bütün lazımi tədbirləri görür”.

Demçenko Ukrayna hökumətinin qərarı ilə Ukrayna-Moldova sərhədinin Dnestryanı hissəsində, həmçinin Belarus və Rusiya ilə sərhəddə keçid məntəqələrinin bağlandığını xatırladıb.

Aprelin 25-də Moldovanın işğal edilmiş Dnestryanı bölgəsində partlayışlar baş verib. Ukrayna baş verənlərə görə, Rusiya xüsusi xidmət orqanlarını ittiham edib. İddiaya görə, Rusiya ordusu “xüsusi əməliyyat”ın ikinci mərhələsində Odessaya tam nəzarəti ələ keçirməyi planlaşdırır ki, bu da Krıma quru dəhlizinin yaradılmasına və Ukraynanın cənubuna nəzarətə imkan verəcək. Bu, da Dnestryanıya çıxış imkanı verəcək.

Ukrayna Dnestryanı separatçılarını Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə cəlb etmək cəhdlərini pisləyib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Dnestryanıda yerləşən Rusiya qoşunları tam döyüş hazırlığı vəziyyətindədir. Teleqraf.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru