“”Qazprom”un AFR-dəki həmkarı Rusiya ilə əməkdaşlıq erasının sonunu elan edib” – “RBK”
30-04-2022, 08:35
Rusiya Avropa şirkətləri ilə həmkarlıq münasibətlərində «qırmızı xətt»i adlayıb və onunla artıq biznes davam etdirmək mümkün deyil.
RBK-nın xəbər verdiyi kimi, bu barədə Almaniyanın «Wintershall Dea» neft-qaz şirkətinin başçısı Mario Meren bəyan edib.
Onun sözlərinə görə, hətta uzunmüddətli həmkarlıq münasibətlərinin «qırmızı xətti» olur. Top-menecer hesab edir ki, Rusiya bu xətti adlayıb və Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Meren hesab edir ki, Moskvanın bu fəaliyyəti dünya və Avropa geosiyasətində və həm də «Wintershall» siyasətində dönüş məntəqəsi olub. Bu, uzunmüddətli və intensiv iqtisadi əməkdaşlıq erasının sonu deməkdir.