Rusiya Ukraynada hələ də ciddi problemlərlə üzləşir - Britaniya kəşfiyyatı

30-04-2022, 11:18           
Rusiya Ukraynada hələ də ciddi problemlərlə üzləşir - Britaniya kəşfiyyatı
Rusiya döyüş gücünü coğrafi baxımdan cəmləşdirərək, təchizat xətlərini qısaldaraq və komanda-nəzarəti sadələşdirərək əvvəllər işğalı məhdudlaşdıran problemləri aradan qaldırmağa ümid edir.

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, Rusiya Ukraynada hələ də ciddi problemlərlə üzləşir: “O, (Rusiya) Ukraynanın şimal-şərqindəki uğursuz hücumlardan tükənmiş və dağılmış bölmələri birləşdirib, yenidən yerləşdirməyə məcbur olub. Bu bölmələrin bir çoxu ehtimal ki, mənəvi zəiflikdən əziyyət çəkir”.

Vurğulanıb ki, Rusiyanın taktiki koordinasiyasındakı çatışmazlıqlar qalmaqdadır: “Bölmələr səviyyəsində bacarıqların çatışmazlığı və qeyri-ardıcıl aviasiya dəstəyi lokal inkişaflara baxmayaraq, Rusiyanın döyüş potensialından tam istifadə etməsinə imkan vermir”. //apa//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru