Dünyanın siyasi xəritəsinin ədalətsiz bölünməsi ilə bağlı çox ölkələr həmfikirdir - Səxavət Məmməd yaz;r///

30-04-2022, 17:47           
Dünyanın siyasi xəritəsinin ədalətsiz bölünməsi ilə bağlı çox ölkələr həmfikirdir - Səxavət Məmməd yaz;r///
Tarixə məntiqlə baxanda dünyada baş verən hadisələrin heç də təsadüfi olmadığını görürük. Dünyanın siyasi xəritəsinin dəyişməsi, mühariblər, münasibətlər hamısı yüzilliyin əvvəlində sıfırlanır, sonra nizama qoyulmuş kimi görsənir, yenə, yenidən təkarlanır.
SSRİ dağılanda 15 respublika özbaşına müstəqil olmadı. Qarabağ müharibəsi ətrafında Fransanın fəallığı həmişə mənə qəribə gəlirdi. Rusiyanın Gürcüstana hücumu zamanı ruslar Tiflisin bir addımlığında olanda Fransa prezidentinin Tiflisə gəlməsi də qəribə gəlmişdi. Niyə Fransa?
Bir qədər araşdıranda maraqlı bir informasiya ilə qarşılaşdım. Hətta bu barədə müqavilələrin olması da deyilir. Yeri gəlmişkən müqavilənin müddəti 2021-ci ilə qədər olub. Bunu Azərbaycanda çox yaxşı bilən şəxslər var, düşünürəm ki, bu barədə onlar yazsalar daha yaxşı olardı. SSRİ dağılanda dövlətlər müəyyən ölkələrin təsir dairəsində müstəqil oldular. Azərbaycan, Ermənistan və Gürcüstan Rusiya və Fransanın təsir dairəsində bölünüb. Məhz bu səbəbdən də Fransanın fəallığı normal görünür.
2021-23-cü illərdə əhəmiyyətli müqavilələrin müddəti bitir. Düşünürəm ki, Rusiyanın Ukraynaya hücumu da yeni bölünmənin bir parçasıdır. Kim nə qopara-qopara. Bütün bunları nəzərə alsaq Ukrayna müharibəsi son deyil.
Dünyanın siyasi xəritəsinin ədalətsiz bölünməsi ilə bağlı çox ölkələr həmfikirdir. Zamanında məğlub olanlar pusquda idilər.
İkinci Dünya Müharibəsi bitər birməz BMT yaradıldı. Faktiki olaraq BMT-nin varlığı ilə yoxluğu bilinmir. BMT baş katibi Kiyevdə olarkən şəhərin bombalanması onu deyir ki, qurumu heç bir dövlət saya salmır. Bu təkcə Rusiyaya aid deyil. Heç ABŞ da apardığı müharibələr zamanı qurumun fikrini almamışdı. BMT Təhlükəsizlik Şurası ümumiyyətlə, heç nəyə yaramır. TŞ-nın bu günə qədər bir dənə də olsun qərarı yoxdur. Hər ölkənin əlində bir veto çubuğu var.
Dünyada nə beynəlxalq hüquq qalıb, nə də beynəlxalq münasibətlər. BMT hətta kiçik, regional münaqişələrlə bağlı belə qərarını həyata keçirə bilmir. Bu cür qeyri ciddi, qanunları və münasibətləri quranların özləri tərəfindən tapdalanmış sistem dağılmalı və onun yerini müharibələr əvəz etməli idi. Yeni bir sistem və münasibətlər qurulana qədər hələ çox müharibələr görəcəyik.
Səxavət Məmməd
Teref/az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.