Rusiya XİN Qərbin Rusiyaya qarşı proksi müharibə apardığını iddia edib

1-05-2022, 11:15           
Rusiya XİN Qərbin Rusiyaya qarşı proksi müharibə apardığını iddia edib
Qərb Rusiyaya qarşı proksi müharibələr strategiyasını seçib ki, bunun da ciddi nəticələri ola bilər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Silahların Yayılmaması və Silahlara Nəzarət Departamentinin direktoru Vladimir Yermakov bildirib.

Diplomatın sözlərinə görə, Qərb nüvə “üçlüyü” – ABŞ, Böyük Britaniya və Fransa nüvə ölkələri arasında münaqişənin yolverilməzliyi prinsiplərindən uzaqlaşır. Yermakov hesab edir ki, NATO da özünü eyni şəkildə aparır.

“Bu ölkələr açıq şəkildə Rusiya ilə proksi müharibəsi strategiyasını seçiblər. Belə balanslaşdırma ən ağır nəticələr doğura bilər” – deyə şöbə müdiri bildirib.

Mənbə: Rambler.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru