Rusiya 9 maya qədər "çılğın bir hücum" edəcək

1-05-2022, 09:19           
Rusiya 9 maya qədər "çılğın bir hücum" edəcək
Biz artıq başa düşürük ki, onlar Donbasda "hücum əməliyyatı" qrafikindən çox geri qalırlar. Ancaq hələ də müəyyən resurslara sahib olduqlarını nəzərə alaraq, hadisələrin inkişafını təsəvvür etmək və ya proqnozlaşdırmaq olar.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Sergey Qrabski Rusiyanın mayın 9-na qədər müharibəni yekunlaşdırmaq istəyi ilə bağlı danışarkən deyib.

O qeyd edib ki, hazırda Luqansk vilayətinin təxminən 93%-i işğal altındadır:

“Buna görə də Severodonetskə doğru çılğın bir hücumu qabaqcadan proqnozlaşdırmaq olar. Göstərmək istəyirlər ki, baxın, biz həqiqətən “Luqansk xalq respublikasını” azad etdik və "tarixi ədaləti" bərpa etdik. Bu, böyük bir qələbə kimi qiymətləndirilə bilər”.

Facebook












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru