Konqres Baydenin Kiyevə köməklə bağlı sorğusunun üzərində işləyir

2-05-2022, 00:03           
Konqres Baydenin Kiyevə köməklə bağlı sorğusunun üzərində işləyir
ABŞ qanunvericiləri ABŞ prezidenti Cozef Baydenin Ukraynaya yardım üçün əlavə vəsait ayrılması üçün göndərdiyi sorğu üzərində işləyirlər.

Teref.az xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Kiyevə səfəri ilə bağlı yaydığı bəyanatda deyilir.

Demokratlar Partiyasını təmsil edən və ABŞ hökumət iyerarxiyasında üçüncü ən yüksək vəzifəyə sahib olan Pelosi, günün əvvəlində bir qrup ABŞ qanunvericisi ilə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

“Nümayəndə heyəti Ukrayna tərəfini əmin edib ki, Amerikanın əlavə dəstəyi artıq yoldadır. Konqresmenlər ABŞ Prezidenti Cozef Baydenin əhəmiyyətli maliyyə tələbinin qanunvericilik təşəbbüsləri paketinə çevrilməsini təmin etmək üçün çalışırlar. Kiyevə səfərim ABŞ-ın Ukraynanı güclü şəkildə dəstəklədiyini nümayiş etdirmək idi”, – Pelosinin açıqlamasında bildirilib.

Qeyd edək ki, ABŞ lideri Konqresdən təhlükəsizlik, iqtisadi və humanitar sahələrdə Ukraynaya dəstək üçün əlavə 33 milyard ABŞ dolları tələb edib.//Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru