Danimarkadan Rusiyaya xəbərdarlıq

2-05-2022, 00:11           
Danimarkadan Rusiyaya xəbərdarlıq
Rusiya səfiri Danimarka Xarici İşlər Nazirliyinə çağırılıb.

Gununsesi.info xəbər verir ki, bunu Danimarkanın xarici işlər naziri Jeppe Kofoda bildirib.

“Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və sərhəd pozuntusuna görə ona etiraz bildirilib. Rusiya tərəfindən Danimarka hava məkanının növbəti dəfə pozulması tamamilə qəbuledilməzdir və indiki vəziyyətdə xüsusi narahatlığa səbəb olur”, – XİN rəhbəri qeyd edib.

Xatırladaq ki, aprelin 30-da Rusiyanın An-30 müşahidə və aerofotoqrafik təyyarəsi Danimarkanın Baltikyanı adalarından olan Bornholmdan şərqdə hava məkanını pozub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru