ABŞ hərbçilərinin Ukraynanın müdafiəsinə cəlb olunması ilə bağlı qətnamə Konqresə TƏQDİM EDİLİB

2-05-2022, 08:15           
ABŞ hərbçilərinin Ukraynanın müdafiəsinə cəlb olunması ilə bağlı qətnamə Konqresə TƏQDİM EDİLİB
ABŞ Konqresinə Ukraynanı qorumaq üçün Amerika hərbi qüvvələrinin iştirakına icazə verən qətnamə layihəsi təqdim edilib.

Teref.az “RİA Novosti”yə istinadən xəbər verir ki, qətnaməni Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Adam Kinzinger təqdim edib.

Qətnamə layihəsində Rusiyanın kütləvi qırğın silahlarından istifadə edəcəyi halda Ukraynanı qorumaq üçün Amerika hərbi qüvvələrinin iştirakı nəzərdə tutulub.

Layihəyə dair izahatda deyilir ki, bu təşəbbüs təsdiq olunarsa, ABŞ Prezidentinə “Rusiyanın Ukraynaya qarşı kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə etdiyi” vəziyyətə cavab vermək üçün Amerika qüvvələrindən istifadə etmək imkanı verəcək.

“Dövlət katibi Enton Blinkenlə danışdıqdan və onun Rusiya Prezidenti Vladimir Putinin kimyəvi silahdan istifadə ehtimalı ilə bağlı ciddi narahatlığını dinlədikdən sonra, əminəm ki, ABŞ dünya ictimaiyyətinə mənasız zorakılığa dözməyəcəyini nümayiş etdirəcək”, – deyə Kinzinger bildirib.//Apa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru