Ukraynalı səfir yenidən XİN-ə çağırıldı

2-05-2022, 17:30           
Ukraynalı səfir yenidən XİN-ə çağırıldı
Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov Xarici İşlər Nazirliyinə çağırılıb.

Yenisabah.az xəbər verir ki, Gürcüstan XİN başçısının müavini Teymuraz Cancaliya diplomata Ukrayna Müdafiə Naziliyinin Kəşfiyyat Xidmətinin təqdim etdiyi informasiya ilə bağlı Gürcüstan tərəfinin narazılığını çatdırıb.

O qeyd edib ki, yoxlanılmamış faktlar əsasında yayılmış bu cür informasiyalar iki ölkə arasındakı tərəfdaşlığa xələl gətirir.
A.Kasyonavdan informasiya üzrə faktiki izahatlar və sübutlar təqdim etməsi xahiş olunub.

Diplomat görüşdə hazırkı mərhələdə Kəşfiyyat Xidmətinin bəyanatına cavabın olmadığını bildirib və müvafiq bildirişin Kiyevə çatdırılacağını qeyd edib.

Görüşdə Gürcüstanın Ukrayna və Ukrayna xalqına sarsılmaz dəstəyi təsdiqlənib. A.Kasyanov Ukraynaya dəstək və humanitar yardıma görə Gürcüstana təşəkkür edib.

Xatırladaq ki, A.Kasyanov Gürcüstan XİN-ə sonuncu dəfə aprelin 5-də çağırılmışdı. Görüşdə Tbilisinin Ukrayna tərəfinin Gürcüstanın xüsusi xidmət orqanlarının Rusiyanın müvafiq xidmətləri ilə məxfi əlaqələrinin olması və sanksiyaya məruz qalmış məhsulların qaçaqmalçılıq yolu ilə daşınması barədə yaydığı məlumatlarla bağlı narahatlığını ifadə edilmişdi.

Qeyd edək ki, Ukrayna mətbuatının bu günlərdə ölkənin Kəşfiyyat Xidmətinin məlumatına istinadla yazdığına əsasən Rusiya öz məhsullarının üçüncü ölkələrə təkrar ixracı ilə bağlı Gürcüstanla danışıqlar aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru