“Dünyada ərzaq böhranı olacaq, əgər Ukrayna limanlarını blokadadan çıxarmaq mümkün olmasa” - Zelenski
3-05-2022, 08:17

Ukrayna dəniz limanlarını blokadadan çıxarmaq istəyir ki, Rusiyaya ərzaq böhranı yaratmağa imkan verməsin, necə ki, buna qədər o, enerji böhranı yaratdı.
Dünyada ərzaq böhranı olacaq, əgər Ukrayna limanlarını blokadadan çıxarmaq mümkün olmasa. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Astraliyanın «Nine Network» telekanalına müsahibəsində bəyan edib.
O, qeyd edib ki, Avropanın və dünyanın ərzaq təhlükəsizliyi üzrə böyük fəlakət olacaq, hansı ki, Ukrayna həmişə bu ölkələrin zəmanətli həmkarı olub.
«Ərzaq məhsullarının qiymət siyasəti yüksək olacaq. Biz, milyonları itirə bilərik, onlarla milyon ton məhsulu, hansı ki, artıq toplanıb. Rusiya hələ ki, gəmiləri buraxmır ki, buraxmır, onlar Qara dənizə nəzarət edirlər» - Zelenski qeyd edib.
O, deyib ki, Ukrayna dəniz yollarını bokadadan çıxartmaq istəyir ki, Rusiyanın ərzaq böhranına təsir göstərməsinə imkan verməsin, hansı ki, bu qış eneji böhranı yaradıb.
«Ərzaq böhranı dəqiq, olacaq, bu, 100 faizdir. 90, 95 yox, 100 faiz olacaq, əgər biz, məhsulumuzu Avropa limanlarına və o tərəfə, digər dövlətlərə çatdıra bilməsək. O, qeyd edib ki, Rusiya bunu əla başa düşür və situasiyanın sinizmi də bundan ibarətdir».