“Rusiyanın daha bir neçə bankı SWIFT-dən ayrılacaq” - Borrel

3-05-2022, 09:18           
“Rusiyanın daha bir neçə bankı SWIFT-dən ayrılacaq” - Borrel
"Maliyyə sektorunda daha çox Rusiya bankı SWIFT beynəlxalq banklararası ödəniş sistemindən ayrılacaq".

Teref.az “Report”a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Latın Amerikasına səfəri zamanı deyib.

Borrel bunun təfərrüatlarının açıqlamayıb.

"Hansı bankları deyə bilmərəm, amma olacaq. Enerji sektorunda isə biz Rusiyanın neft idxalına əhəmiyyətli dərəcədə təsir edəcək tədbirlər axtarırıq”, - Aİ rəsmisi Venesuelanın VPI telekanalının efirində jurnalistlərlə söhbəti zamanı qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru