ABŞ Çinin Ukraynadakı hərbi əməliyyatda Rusiyaya kömək etdiyini göstərən əlamətlər görmür.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter bildirib.
“Hazırda Çinin Ukraynadakı hərbi kampaniyada Rusiyaya kömək etməyə çalışdığına dair heç bir əlamət yoxdur. Aydındır ki, biz bunu izləyirik”, - Karpenter vurğulayıb.