Simonyan və Solovyov Qarabağ Dirçəliş Fondunun sədrinin hesabını BLOKLADI - "Bu uğur sayıla bilər?" 3-05-2022, 11:37 Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevin "twitter" hesabı rusiyalı məşhur jurnalistlər tərəfindən bloklanıb.Teref.az Bizim.Media-ya istinadla xəbər verir ki, bu barədə Rəhman Hacıyev sosial şəbəkə hesabından məlumat verib.Fondun sədri paylaşımda, Rusiyanın iki məşhur təbliğatçısı Vladimir Solovyov və erməni əsilli Marqarita Simonyan tərəfindən bloklandığını bildirib.Rəhman Hacıyev adıçəkilən şəxslərin onu bloklamasının uğur sayıla biləcəyi ilə bağlı da izləyicilərinə sual ünvanlayıb. Facebook-da paylaş