Moskvada bayram namazında rekord sayda müsəlman...- Həm də siyasi gediş...-VİDEO

3-05-2022, 11:43           
Moskvada bayram namazında rekord sayda müsəlman...-
Daha çox müsəlmanın ibadət üçün paytaxt Moskvaya toplanmasına şərait yaradılması Putin rejimindən ötrü həm də dünya müsəlmanlarının rəğbətini qazanmaq üçün bir gedişdir...

"Mayın 2-də müsəlmanlar müqəddəs orucluq ayının başa çatmasına həsr olunan əsas bayramlarından birini Ramazan-Fitr- bayramını qeyd ediblər. Bu il bu bayramın Rusiyada həftəsonuna təsadüf etməsi daha çox müsəlmanın bayram namazı üçün Moskva məscidlərinə axışmasına şərait yaradıb".

Moderator.az xəbər verir ki, Rusiyanın "İslamnews" nəşri yazıb.
Videodan belə məlum olur ki, namaz qılan dindarlar Moskvadakı Cümə məscidinin ətrafına yaxın küçələri doldurublar.

P.S. Daha çox müsəlmanın ibadət üçün paytaxt Moskvaya toplanmasına şərait yaradılması Putin rejimindən ötrü həm də dünya müsəlmanlarının rəğbətini qazanmaq üçün bir gedişdir... Fəqət, qəlbinə Allaha iman, ədalət, vucdan hissi hakim olan gerçək müsəlman üçün Kremlin heç bir göstərisi bu rejimin Çeçenistan, Suriya və nəhayət, Ukraynadakı(elə Rusiya xalqının özünə də qarşı) cinayətlərinə haqq qazandıra bilməz...

Sultan Laçın












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru